“Sabah ki, oyuna hazırıq”. SİA xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev Bakıda Avropa Liqasının Liqa mərhələsində FCSB ilə keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.
O bildirib ki, analizlər etmişik: “Azərkeşlərimizi sevindirmək istəyirik. Sabah qələbə üçün meydana çıxacayıq. Çox çalışmışıq. Əlimizdən gələni edib, qələbə qazanacayıq”.
Qeyd edək ki, “Qarabağ” - FCSB oyunu yanvarın 23-ü saat 21:45-də baş tutacaq.