“İlin ilk Avro liqa oyunudur”. SİA xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Avropa Liqasının Liqa mərhələsində FCSB ilə keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis bildirib ki, bizim üçün çox vacib oyundur: “Yaxşı hazırlaşmışıq. Müəyyən problemlər var. Amma bu rəqibdə asan deyil. Sabah bizi çox vacib bir mübarizə gözləyir. Buna hazırıq. Öz oyunumuzdan əl çəkməyəcəyik. Azərkeşlərimiz üçün yaxşı oyun göstərəcəyik”.
Qeyd edək ki, “Qarabağ” - FCSB qarşılaşması yanvarın 23-ü saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Banuçiçək Hüseynli