Türkiyənin daxili işlər naziri Ali Yerlikaya PKK terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 240 nəfərin saxlanıldığı barədə məlumat verib. SİA xəbər verir ki, DİN rəhbərinin sosial şəbəkələrdə paylaşılan məlumatında qeyd olunur ki, əməliyyatlar ölkənin 43 əyalətində aparılıb.
Saxlanılanlar terror təşkilatlarının maliyyələşdirilməsində və təbliğində, həmçinin bir sıra cinayət əməllərində iştirak etməkdə şübhəli bilinirlər. Axtarış zamanı qeydiyyatsız silah və qadağan olunmuş ədəbiyyat aşkar edilib.
“Türkiyə gündəmindən terrrorçuluq problemini tam aradan qaldırmaq üçün lazım olan bütün tədbirləri görürük” – deyə Yerliyaya bildirib.