İndoneziyada ölənlərin sayı 20-ə çatıb

22 Yanvar 2025 12:52 (UTC+04:00)

İndoneziyada Mərkəzi Yava adasının Pekalonqan şəhərində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 20-ə çatıb. Ümumilikdə 1715 ailəyə ziyan dəyib. SİA xəbər verir ki, bununla bağlı İndoneziyanın xəbər agentliyi olan ANTARA məlumat yayıb. Bildirilib ki, torpaq sürüşməsi səbəbindən bir çox kənd və qəsəbə yolları bağlanıb, elektrik enerjisinin verilişi dayandırılıb.

Bazar ertəsindən bəri yağan güclü yağışlar bir sıra regionlarda daşqınlara səbəb olub. Bleqa rayonunda bir sıra ibadət yerləri, təhsil ocaqları sel suları altında qalıb.