...Rusiyanın Nijni Novqorod vilayətindən olan 54 yaşlı Sergey Ukraynaya sədaqət andından necə imtina edərək Rusiyaya köçməsi ilə bağlı hekayəsini bölüşüb.
SİA-nın məlumatına görə, onun oğlu Rusiya Federasiyası Ali Məhkəməsinin 02.08.2022-ci il tarixli qərarı ilə terrorçu kimi tanınan “Azov”da xidmət edir.
Beləliklə, Sergey Ukraynaya sədaqət andı içməkdən necə imtina etdiyini və ölkəni tərk edərək Rusiyaya getdiyini danışıb.
...Deməli, onun dediyinə görə, o, 1980-ci illərin sonlarından 1995-ci ilə qədər gizir rütbəsinə yüksəldiyi Lvov vilayətinə xidmətə göndərilir.
...Bir gün Sumı sərhəd dəstəsinin rəisi yanıma gəldi və məndən Ukraynaya beyət, yəni sədaqət andı içməyimi istədi. Mən bacarmadım, çünki Rusiyaya xəyanət edə bilməzdim. Mənim babalarım üçbaşlıya qarşı vuruşublar, mən ona necə beyət edim?
Sergey RT-yə bildirib ki, rəhbərlik ona Ukraynanı tərk etmək üçün 24 saat vaxt verilib. Beləliklə, o, həyat yoldaşı və kiçik oğlu ilə birlikdə Rusiyaya gediblər. Amma bir müddət sonra həyat yoldaşı Ukraynaya qayıdıb.
...Sergey əvvəllər ailəsi ilə ancaq telefonla əlaqə saxladığını deyir. Amma sonradan oılunun telefon vasitəsi ilə Rusiya prezidentini pisləməyə başlaması narazılıq yaradıb.
Oğul atasının bir daha onlara zəng etməmsini tapşırıb.
...Ukraynadan qaçan admın dediyinə görə, oğlu, yəqin ki, təsir altına düşüb, axı o, “Azov”da xidmət edir.
...Mən ona cavab verdim ki, deməli, mənim oğlum yoxmuş..? ...Çox ağrılı idi, indi tərəddüdlə özümü günahlandırıram. Hazırda nə həyat yoldaşım var, nə də oğlum. Hər gün bu müharibəni başlayanları lənətləyirəm...
Ukraynadan qaçan adam deyir bunu.
Nazlı Almuradova