"Borussiya Dortmund" Nuri Şahinlə yollarını ayırıb

22 Yanvar 2025 12:44 (UTC+04:00)

Almaniyanın “Borussiya Dortmund” klubu baş məşqçisi Nuri Şahinlə yollarını ayırıb. SİA klubun rəsmi saytına istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi ötən gün UEFA Çempionlar Liqasının əsas mərhələsində İtaliyanın "Bolonya" komandasına 1:2 hesablı məğlubiyyətdən sonra türkiyəli mütəxəssisi istefaya göndərib.

Qeyd edək ki, “Borussiya Dortmund” Nuri Şahinin rəhbərliyi altında 27 oyunda 12 qələbə, 11 məğlubiyyət və 4 heç-heçə ilə yadda qalıb. 38 yaşlı çalışdırıcının müqaviləsi 2027-ci ilin yayınadək nəzərdə tutulmuşdu.