““Azexport” ixracatçılara 61 ədəd Sərbəst satış sertifikatı təqdim edib” - İcraçı direktor

22 Yanvar 2025 12:23 (UTC+04:00)

“2024-cü ildə Mərkəz həmçinin “İqtisadi inkişaf” monoqrafiyası, “Orta dəhliz”, “Halal iqtisadiyyat”, “İslam ölkələrinin iqtisadi potensialı” kitablarını nəşr edib. 10 fəsildən ibarət 700 səhifəlik “İslam ölkələrinin iqtisadi potensialı” kitabı 30-dan artıq islam ölkəsindən 70-dən çox müəllif, 10 beynəlxalq təşkilat, 20-dən artıq beyin mərkəzi və universitetin birgə əməkdaşlığı əsasında hazırlanıb”. SİA xəbər verir ki, bu sözləri İİTKM-də 2024-cü ilin yekunlarına dair mətbuat konfransında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı deyib.

Mərkəzin innovativ layihələrindən də danışan Vüsal Qasımlı əlavə edib ki, Azərbaycanın ixrac coğrafiyasının genişlənməsinə xidmət edən “Azexport” portalının Türkiyə, Rusiya və Özbəkistanın “Trendyol”, “Ozon”, “Uzum” platformalarına inteqrasiyası reallaşdırılıb: “2024-cü ildə “Azexport” ixracatçılara 61 ədəd Sərbəst satış sertifikatı (Certificate of Free Sale) təqdim edib”.

Ayşən Vəli