İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı qurumun 2024-cü ildəki fəaliyyətinin yekunlarına dair mətbuat konfransı keçirir. SİA-nın məlumatına görə, o bildirib ki, ötən il Mərkəz əsas fəaliyyət istiqaməti olan monitorinq və qiymətləndirmə işini davam etdirib, “Layihə idarəetməsi” modulunu formalaşdıraraq tətbiqinə başlayıb. Qurum strateji planlaşdırma, təhlil və tədqiqat üzrə fəaliyyətini dərinləşdirməklə yanaşı, T7 və T20 kimi qlobal beyin mərkəzləri şəbəkələri ilə yaxından əməkdaşlıq edərək beynəlxalq müstəvidə Azərbaycanı təmsil edib.
İİTKM-in nəzdində fəaliyyət göstərən “Azexport” və “Enterprise Azerbaijan” portalları, Rəqəmsal Ticarət Qovşağı, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi, Türk Dünyası Araşdırmalar Mərkəzi də 2024-cü ildə bir çox yeniliklərə imza atıb.
Ayşən Vəli