Energetika Nazirliyi ötən il 194 icazə verib

22 Yanvar 2025 10:20 (UTC+04:00)

2024-cü ildə Energetika Nazirliyi ümumilikdə 194 icazə verib. SİA bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, “İxrac nəzarəti haqqında” qanuna əsasən, ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı üzrə 13, idxalı üzrə 142 və tranziti üzrə 32 icazə verilib.

İl ərzində, həmçinin mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə 2, ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamə ilə bağlı 1, elektrik enerjisinin istehsalına 3, ixracına isə 1 icazə verilib.

Hesabat dövründə bütün icazələrin verilməsi 7 saylı Bakı "ASAN xidmət" mərkəzi vasitəsilə həyata keçirilib.