Serebral iflic olan I qrup əlil qadın ana olub

22 Yanvar 2025 10:17 (UTC+04:00)

Serebral iflic olan I qrup əlil qadın ana olub. SİA xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəz məlumat yayıb.

Qeyd olunub ki, yanvarın 15-i saat 22:13-də KTM-in Doğum-Ginekologiya şöbəsində qeysəriyyə əməliyyatı ilə çəkisi 2 300 qram, boyu 45 sm olan qız dünyaya gəlib.

Körpənin anası serebral iflicin diplegiya formasından əziyyət çəkən və 1-ci qrup əlil olan bir qadındır. Hamiləliyin 36-cı həftəsində həyata keçirilən əməliyyat uğurla başa çatıb.

Zəruri müayinələrdən sonra ana və körpə yaxşı vəziyyətdə evə buraxılıb.