"Bəsit səhvlər etdik" - MÜTƏXƏSSİS DANIŞDI

22 Yanvar 2025 10:10 (UTC+04:00)

"Başa-baş bir matç oldu". SİA xəbər verir ki, “Sərhədçi”nin baş məşqçisi Evren Alkaya “Abşeron”a məğlubiyyət haqqında danışıb.

Mütəxəssis bildiirb ki, bir çox yerdə matçda qalib gəlmək üçün şansları yaranıb: "Lakin bəsit səhvlər etdik. Yanlış hücum seçimlərdən dolayı xal qazana bilmədik. Rəqib də bundan istifadə etdi. Lazımi tədbirləri görəcəyik. Daha öncəki oyunlardakı kimi yaxşı çıxış etməyə çalışacağıq”.