Çempionlar Liqasında iki komanda 1/8 finala vəsiqəni təmin edib

22 Yanvar 2025 09:46 (UTC+04:00)

UEFA Çempionlar Liqasında iki komanda 1/8 finala vəsiqəni təmin edib. SİA xəbər verir ki, bu, Liqa mərhələsində VII turun ilk oyunlarından sonra dəqiqləşib.

İngiltərədə Fransa təmsilçisi "Lill"i məğlub edən (2:1) "Liverpul" və Portuqaliyada "Benfika"nı üstələyən (5:4) İspaniyanın "Barselona" kollektivi buna nail olublar.

Mersisaydlılar 21 xalla liderdir. Kataloniya klubu isə 18 xalla ikinci pillədə qərarlaşıb.