ATV-də yayımlanan "Rəngarəng" verilişinin canlı yayımında gərgin anlar yaşanıb. SİA xəbər verir ki, Aysun İsmayılova və canlı yayıma telefon zəngi ilə qoşulan müğənni Ülviyyə Namazova söz savaşına çıxıblar. Aysun Ülviyyənin "Maşallah danışanda deyirsən heç kimi izləmirəm, amma hamını da tanıyırsan, hər şeydən də xəbərin var. Amma düz danışmırsan" sözlərinə sərt cavab verib: "Mənim nədənsə xəbərim varsa, deyərəm. Çünki sizdən qorxacaq yerim yoxdur. Sizin mahnınızı eşitməmişəm, dinləməmişəm. Məcburam dinləyim? Heç kimin başı üçün deyil desin ki, Aysun yalan danışır. Məni heç kim özü ilə səhv salmasın. Mən sizin üçün o, bu deyiləm. Hansı mahnını dinləyirəmsə, yaxşı edirəm. Bunun üçün sizdən icazə almalıyam?" deyə cavab verib. Ülviyyə isə dəstəyi asaraq Aysunun sözlərinə cavab verməyib.