İsrail Rusiya istehsalı olan silahları Ukraynaya vermək istəyir. SİA xəbər verir ki, bu barədə Ukraynanın İsraildəki səfirliyi feysbuk səhifəsində məlumat yayıb. Qeyd olunub ki, Təl-Əvivin bu təşəbbüsü ümumi təhdidlərin tanınması istiqamətində mühüm addımdır. Kiyev ümid edib ki, İsrail Rusiya istehsalı olan silahların Ukraynaya təhvil verilməsi ilə bağlı yekun qərar qəbul edəcək.