UEFA Çempionlar Liqasının əsas mərhələsində VII tura start verilib. SİA xəbər verir ki, azarkeşlər ilk oyun günündə 9 qarşılaşmaya şahidlik ediblər.
“Benfika” Portuqaliyada İspaniyanın “Barselona” klubunu qəbul edib. Qonaqlar geridə olmalarına baxmayaraq, son saniyələrdə vurduqları qolla 5:4 hesablı qələbə qazanıblar.
İspaniyanın digər təmsilçisi “Atletiko” Madrid şəhərində Almaniyanın “Bayer” komandasını məğlub edib - 2:1.
Fransa “Lill”i isə İngiltərədə “Liverpul”a 1:2 hesabı ilə uduzub.
UEFA Çempionlar Liqası: Liqa mərhələsi, VII tur
“Monako” (Fransa) - “Aston Villa” (İngiltərə) - 1:0
“Atalanta” (İtaliya) - “Şturm” (Avstriya) - 5:0
“Liverpul” (İngiltərə) - “Lill” (Fransa) - 2:1
“Benfika” (Portuqaliya) - “Barselona” (İspaniya) - 4:5
“Srvena Zvezda” (Serbiya) - PSV (Niderland) - 2:3
“Atletiko” (İspaniya) - “Bayer” (Almaniya) - 2:1
“Slovan” (Slovakiya) - “Ştutqart” (Almaniya) - 1:3
“Bolonya” (İtaliya) - “Borussiya” (Dortmund, Almaniya) - 2:1
“Brügge” (Belçika) - “Yuventus” (İtaliya) - 0:0.
Qeyd edək ki, VII turun növbəti oyunları bu gün təşkil olunacaq.