Putin Vahid Rusiyadan olan deputatdan kürəyinə bıçaq zərbəsi alıb..?

21 Yanvar 2025 19:35 (UTC+04:00)

Solovyovun tok-şousunda birdən-birə Rusiya hökumətinin açıq-aşkar gözdən salınması baş verdi.

SİA-nın əldə etdiyi məlumata görə, Putin rejiminin görkəmli siması, çox vaxt “dəm” olan Dövlət Dumasının deputatı Qurulev qəflətən əhvalını dəyişərək doğulduğu Transbaykaliyadakı real həyatı təsvir etməyə başlayıb.

Onun sözlərinə görə, orada əsl humanitar fəlakət baş verir. Yollar, xəstəxanalar, həkimlər yoxdur, insanlar sivilizasiyadan qopub və yaşamaq üçün kütləvi şəkildə xüsusi hərbi əməliyyata yazılırlar.

Deyilənlərə görə, Ukrayna mətbuatında hardasa belə bir şey yazılanda Solovyov “yaxasını cıraraq” qışqırır ki, bu böhtandır, faşizmdir, rusofobiyadır.

Amma sonra Vahid Rusiyadan olan deputatı məlul-məlul dinləyərkən, heç “cınqırını” belə çıxarmayıb.

Əli Babayev