Türkiyənin keçən il ixracatını ən çox artırdığı ölkə 1 milyard 256 milyon dollarla ABŞ olarkən, bu ölkəyə ixrac 13 milyard dolları keçib.
SİA-nın məlumatına görə, Türkiyə İxracatçılar Məclisinin məlumatına görə, Türkiyənin keçən il ixracatını ən çox artırdığı ölkə ABŞ olub.
Türkiyənin bu ölkəyə ixracatı keçən il ilə müqayisədə 1 milyard 256 milyon dollar artıb.
İxrac artımına görə ABŞ-ı 1 milyard 254 milyon dollarla Böyük Britaniya, 997,9 milyon dollarla Rumıniya, 958,8 milyon dollarla İraq və 879,2 milyon dollarla İtaliya izləyib.
Ötən il ABŞ-a 13,4 milyard dollar, Böyük Britaniyaya 12,7 milyard dollar, İtaliyaya təxminən 12 milyard dollar, İraqa 10,7 milyard dollar və Rumıniyaya 7,5 milyard dollarlıq ixrac rellaşdırılıb.