Türkiyənin Daxili işlər naziri Əli Yerlikaya yanğınla bağlı verdiyi açıqlamada 66 nəfərin həyatını itirdiyini və 51 nəfərin yaralandığını bildirib.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Daxili işlər naziri belə deyib: "Təəssüf ki, 66 canımızı itirdik, 51 nəfər yaralımız var və çox kədərliyik. Yanğın söndürüldü, soyutma işləri davam edir. İşlərin başa çatdığı yerlərdə AFAD və yanğınsöndürmə qruplarının otaq-otaq apardığı yoxlamalar nəticəsində indiyə qədər 66 nəfərin həyatını itirdiyini müəyyən edilib."