Çin ötən il ən çox satılan avtomobillərin reytinqini açıqlayıb

21 Yanvar 2025 22:43 (UTC+04:00)

...Çinin minik avtomobil bazarı 2024-cü ildə güclü artım nümayiş etdirib.

SİA-nın məlumatına görə, satışlar 2023-cü ildən 3,1 faiz artaraq 22,608 milyon ədədə çatıb.

Çin brendləri öz mövqelərini möhkəmləndirərək satışlarını 23,1 faiz artıraraq 17,97 milyon avtomobilə çatdırıblar. Premium brendlər də müsbət dinamika nümayiş etdirib - 4,738 milyon ədəd (+2,3 faiz) Sedanlar və hetçbeklər kateqoriyasında ən çox satılan avtomobil 480 025 ədəd (+10,6 faiz) nəticə ilə BYD Qin Plus olub.

Satışların əksəriyyətini hibrid versiya (304 388 ədəd), elektriklə işləyən versiya isə 175 637 ədəd təşkil edib.

İkinci yeri BYD Seagull (453 593 ədəd), Nissan Sylphy isə ilk üçlüyü (342 395 ədəd) qapayıb.

Tesla Model 3 13-cü yerdədi (176 793 ədəd).

Eyni zamanda, Çində ən populyar krossover 480 309 ədəd sataraq bazarda liderliyini qoruyan Tesla Model Y olub. İkinci sıranı BYD Song Plus (418 474 ədəd), sonra BYD Yuan Plus (275 223 ədəd) tutub.

Geely Monjaro kimi tanıdığımız Geely Xingyue L 219 892 avtomobil satışı ilə 5-ci yerdə qərarlaşıb.

İlk 10-luğa həmçinin Aito M7 (Aito Seres M7) və LiXiang L6 daxildir. Mikroavtobuslar arasında BYD Denza D9 102 951 ədəd satışla ardıcıl ikinci il liderdir. İkinci yerdə Toyota Sienna (89 450 ədəd), üçüncü yerdə isə Toyota Granvia (78 687 ədəd) qərarlaşıb. 2024-cü ildə ümumi MPV satışları 0,4 faiz artaraq 1,088 milyon ədədə çatıb.

Nazlı Almuradova