Qucaqlaşma...həm də sağlamlıq üçün çox faydalıymış?

21 Yanvar 2025 22:55 (UTC+04:00)

...Sən demə, arxada qoyduşumuz günü, yəni yanvarın 21-ni dünya Beynəlxalq Qucaqlaşma Günü kimi qeyd edirmiş.

SİA-nın məlumatına görə,..yenə də sən demə, qucaqlaşma təkcə xoş deyil, həm də sağlamlıq üçün çox faydalıymış.

Qeyd edim ki, bunu psixoloq Luiza Həsənova da təsdiq edir.

Deməli, mütəxəssis izah edir ki, qucaqlaşma insanın həm fiziki, həm də emosional vəziyyətinə müsbət təsir göstərir.

...Qucaqlaşmalar əhvalınızı yüksəldən və sosial əlaqələri gücləndirən endorfinləri ifraz edir. Bu təsir həm qucaqlayana, həm də qucaqlanana təsir edir.

Həsənova vurğulayır ki, fiziki təmas yaşından asılı olmayaraq hər kəs üçün zəruridir və körpələr üçün bu xüsusilə vacibdir: qucaqlaşmamaq sağlamlıq üçün ciddi fəsadlara səbəb ola bilər.

Bundan əlavə, qucaqlaşmalar sinir sistemini sakitləşdirən və təzyiqi normallaşdıran stress hormonu kortizolun səviyyəsini azaltmağa kömək edir.

Qısa qucaqlaşmalar belə stresli vəziyyətlərdə tez rahatlama təmin edir və bu jesti emosional sabitləşmə üçün faydalı edir. Qucaqlaşmalar idrak funksiyalarını aktivləşdirir, yaddaşı və qərar qəbul etməyi yaxşılaşdırır, insanlar arasında bağları gücləndirir. Bu jest nəinki çətin anlarda dəstək olur, həm də güclü münasibətləri qorumaq üçün vacib olan sevinci bölüşməyə kömək edir.

Rəqəmsallaşma və artan tənhalıq kontekstində qucaqlaşmalar mühüm sosial fəaliyyət və dəstək üsuluna çevrilir.

Luiza Həsənova life.ru saytına müsahibəsində belə qənaətə gəlib ki, qucaqlaşma həyat keyfiyyətini yaxşılaşdırmaq, sağlamlığı gücləndirmək və emosional rifahı yaxşılaşdırmaq üçün əlverişli bir yoldur.

P.S:...Bundan sonra mən də yanvarın 21-ni-filanı gözləməyəcəyəm, elə kimi gördüm qucaqlaşaçam. Belə görünür ki, qucaqlaşandan sonra, həkimə getməyə ehtiyac yoxmuş? Elə isə niyə pullarımı aparıb həkimlərə verməliyəm, hıy..?

Əli Babayev