Sabunçuda 3 nəfər dəm qazından boğulub öldü

21 Yanvar 2025 17:15 (UTC+04:00)

Bakının bir rayonunda 3 nəfər dəm qazından boğulub. SİA xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Rayon sakinləri – 1977-ci il təvəllüdlü İlqar İsmayılov, 1982-ci il təvəllüdlü Andrey Lakutin və 1971-ci il təvəllüdlü İrina Kərimova yaşadıqları evlərdə dəm qazından boğularaq ölüblər.

Hər üç faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.