Bələdiyyə seçkilərinin nəticələri ayrılan müddətdən daha tez açıqlanacaq - MƏZAHİR PƏNAHOV

21 Yanvar 2025 16:56 (UTC+04:00)

Bələdiyyə seçkilərində 16 min 96 namizəd mübarizə aparacaq. SİA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun yanvarın 21-də keçirilən iclasında deyib.

O qeyd edib ki, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 625 seçici var.

MSK sədrinin sözlərinə görə, bələdiyyə seçkilərinin nəticələri ayrılan müddətdən daha tez açıqlanacaq.

M. Pənahov deyib ki, 5 min 734 seçki məntəqəsində səsvermə həyata keçiriləcək.

Xatırladaq ki, Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-da keçiriləcək. Ölkədə ümumilikdə 118 seçki dairəsi üzrə 685 bələdiyyəyə üzvlər seçiləcək.