Bələdiyyə seçkiləri ilə əlaqədar ölkə ərazisindəki 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. SİA xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə olunub.
MSK sədrinin müavini Rövzet Qasımovun təqdimatına əsasən, seçkidə aşkarlıq mühüm məsələ olduğundan veb-kameralarla müşahidə önəmlidir:
"İstənilən vətəndaş seçki prosesi ilə bağlı müfəssəl məlumat əldə edə biləcək. Seçki prosesində veb-kameralardan istifadə 2008-ci ildən ölkəmizdə uğurla həyata keçirilən layihədir.
Keyfiyyətli və vasitəsiz yayım üçün 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Parlament seçkilərində məntəqələrdə veb-kameraların quraşdırılması parametrlərində dəyişiklik edilib. 89 seçki məntəqəsinin məlumatlarında dəyişikliklər olub.
62 seçki məntəqəsinin nömrəsində dəyişiklik edilib. 15 seçki məntəqəsində isə veb-kameraların quraşdırılması tamamilə yeni məsələdir. Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı dərc edilir".