Milli Depozit Mərkəzi 2024-cü il üzrə maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib. SİA xəbər verir ki, tenderdə iştirak haqqı 44 manatdır.
İddiaçılar təkliflərini fevralın 13-nə qədər Mərkəzin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 2 A ünvanına təqdim edə bilərlər.
Təkliflərə fevralın 13-də, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.