Azərbaycan Cüdo Federasiyası (ACF) rəsmiləri bp şirkətinin nümayəndə heyəti ilə adaptiv cüdo layihəsi üzrə görüş keçiriblər. SİA xəbər verir ki, bp şirkətinin nümayəndə heyəti Azərbaycan Cüdo Federasiyasında (ACF) olaraq, Federasiyanın fəaliyyəti ilə, həmçinin son bir ildə həyata keçirilən adaptiv cüdo layihəsinin nəticələri ilə tanış olub.
Görüşdə bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, ACF-in icraçı vitse-prezidenti Rəşad Rəsullu, cüdo üzrə Hartfordshire Universitetinin professoru Mayk Kallen, Avropa Cüdo Birliyinin Təhsil komitəsinin üzvü Nuno Delqado və hər iki təşkilatın digər nümayəndələri iştirak ediblər.