Bakı–Sabunçu–Suraxanı dəmir yolunun açılışından 145 il ötür

21 Yanvar 2025 14:58 (UTC+04:00)

Azərbaycanda ilk dəmir yolunun açılışından 145 il ötür. "Azərbaycan Dəmir Yolları" QSC-dən SİA-ya verilən məlumata görə, 1880-ci il yanvarın 20-də Bakı–Sabunçu–Suraxanı dəmir yolunun təntənəli açılışı oldu. Bu xətt neft daşımaları üçün nəzərdə tutulsa da, bir müddət sonra eyni marşrutla sərnişinlərin daşınmasına başlanıldı.

"145 illik tarixi boyunca Azərbaycanın dəmir yolları böyük inkişaf yolu keçərək beynəlxalq nəqliyyat dəhlizlərinin əsas hissəsinə çevrilib", - məlumatda qeyd olunur.