“Qarabağ”–FKSB oyununun hakimləri açıqlanıb

21 Yanvar 2025 14:17 (UTC+04:00)

UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ” ilə Rumıniyanın FKSB komandası arasında keçiriləcək VII tur oyununa təyinatlar açıqlanıb. SİA UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı Slovakiyadan olan hakimlər briqadası idarə edəcək.

Matçda ədaləti Filip Qlova qoruyacaq. Ona yan xətt hakimləri Daniel Polas və Peter Bednar kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Lukaş Dzivjak yerinə yetirəcək.

VAR-da Mixal Oçenaş, onun köməkçisi isə Martin Dohal olacaq.

Qeyd edək ki, yanvarın 23-də Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq “Qarabağ”–FKSB görüşü saat 21:45-də başlayacaq.