“Sabah” heyətini qazaxıstanlı qapıçı ilə gücləndirib

21 Yanvar 2025 11:21 (UTC+04:00)

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. SİA xəbər verir ki, Qazaxıstan millisinin qapıçısı Stas Pokatilov bundan sonra Bakı təmsilçisinin uğurları üçün çalışacaq.

Pokatilov karyerası ərzində Qazaxıstanın “Akjayık” (2010-2013), “Şaxtyor” (Karaqanda, 2013-2015), “Aktobe” (2015-2016, 2022-2023), “Kayrat” (2016-2022), “Tobol” (2024) və Rusiyanın “Rostov” (2016) komandalarında çıxış edib.

2015-ci ildən Qazaxıstan millisinin üzvü olan Stas yığmada 28 oyun keçirib.