Tramp ABŞ-ı növbəti dəfə Paris İqlim Sazişindən çıxarıb

21 Yanvar 2025 07:45 (UTC+04:00)

Prezident Donald Tramp ABŞ-ın Paris İqlim Sazişindən çıxması prosedurunu rəsmi şəkildə başladan fərman imzalayıb. SİA-nın məlumatına görə, yeni and içmiş prezident fərmana “Capitol One Arena”dakı çıxışından sonra tərəfdarlarının qarşısında imza atıb. Qeyd edək ki, Donald Tramp ilk prezidentliyi dövründə ABŞ-ı sözügedən sazişdən çıxarmışdı. Prezident Co Baydenin vəzifəyə başladığı ilk ildə ölkəsini yenidən sazişə daxil etmişdi.