Con Ratklifin Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri vəzifəsinə namizədliyi təsdiqlənib

21 Yanvar 2025 04:13 (UTC+04:00)

Con Ratklifin Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri vəzifəsinə namizədliyi Senatın Kəşfiyyat Komitəsi tərəfindən təsdiqlənib. SİA-nın məlumatına görə, bu barədə komitənin sədri Tom Kotton açıqlama verib. O bildirib ki, Ratklifin namizədliyinin lehinə 14, əleyhinə 3 səs verilib. Lehinə səs verənlərin Demokratlar Partiyasının nümayəndələri olduğu qeyd olunub.