Rusiya son aylarda Ukraynada müharibə başlayandan bəri hər zamankından daha çox itki verib. SİA xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb. Britaniya Müdafiə Nazirliyi Rusiyanın illik canlı qüvvə itkilərini açıqlayıb: 2022-ci ildə - 105,960 2023-cü ildə - 252,940 2024-cü ildə - 429,660.
Qeyd edək ki, Ukrayna 2024-cü il üçün Rusiyanın canlı qüvvə itkisinin 434 minə yaxın olduğunu bildirmişdi. Bulardan 140 mini ölən, qalanı isə yaralananlardır.