Co Bayden ABŞ prezidentliyinin son saatlarında ailə üzvlərini əfv edib. SİA xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytında məlumat dərc edilib. Bayden qardaşı Ceymsi və həyat yoldaşı Saranı, bacısı Valeri və əri Con T.Ouensi və qardaşı Frensisi əfv etdiyini bildirib.
“Mənim ailəm davamlı hücumlara və təhdidlərə məruz qalır, bu, sırf mənə zərər vermək istəyi ilə əsaslandırılır. Təəssüf ki, bu hücumların dayanacağına inanmaq üçün heç bir əsasım yoxdur”, - Bayden deyib