Ombudsman Səbinə Əliyeva və Aparatın kollektivi Şəhidlər xiyabanında - FOTOLAR

20 Yanvar 2025 16:11 (UTC+04:00)

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Aparatın kollektivi 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib. Bu barədə SİA-ya aparatın mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanın azadlığı uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarları önünə tər güllər düzülüb.