Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ rayonu, Bum kəndində dağlıq-meşəlik ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Nazirliyin mətbuat xidmətindən SİA-ya bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qəbələ rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğın çevik müdaxilə sayəsində yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 0,1 hektar ərazidə kol-kos, ağac kötükləri və xəzəl yanıb. Meşə massivi yanğından mühafizə olunub.