Bu gün Gənclər və İdman Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, şəhidlərin məzarları üzərinə qərənfillər düzülüb.
Qanlı 20 Yanvar hadisələrindən 35 il ötür. Bu faciə Azərbaycan xalqının yaddaşına həm kədər, həm də qürur günü kimi həkk olunub. Hər il olduğu kimi, faciənin növbəti ildönümündə də xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir, bu faciəni törədənlərə dərin nifrətini bildirir.