Həsrət Cəfərov: “Üç gündən sonra medalın rəngi getməyə başlamışdı” - AÇIQLAMA

20 Yanvar 2025 13:32 (UTC+04:00)

“Medal təqdim olunandan üç gün sonra paslanmağa başladı”. Bunu SİA-ya Azərbaycan millisinin yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) deyib.

Paris-2024 Yay Olimpiya Oyunlarının bürünc medal mükafatçısı medalların keyfiyyətsizliyi ilə bağlı münasibət bildirib.

Cəfərovun sözlərinə görə, artıq ilk günlərdən medalın üzünün rəngi getməyə başlamışdı: “Həmin dönəmdə fikirləşdim ki, yəqin bu problem tək məndədir. Sonra gördüm ki, bütün idmançılar şikayətlənir. Hətta bir neçəsi medalı geri qaytarıb. Həqiqətəndə görünür ki, necə keyfiyyətsiz bir medal düzəldiblər. Təbii ki, bu hal heç kim tərəfindən xoş qarşılanmadı. Çünki idmançılar o medalı qazanmaq üçün nə qədər əziyyət çəkiblər. İdmanın zirvəsi olan belə bir yarışın medalı bu səviyyədə olmamalı idi”.

Banuçiçək Hüseynli