Niderland səfiri Şəhidlər xiyabanında 20 Yanvar qurbanlarının xatirəsini yad edib

20 Yanvar 2025 12:54 (UTC+04:00)

Niderlandın Azərbaycandakı səfirliyi 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edib. SİA-nın məlumatına görə, Niderlandın Azərbaycandakı səfiri Paulin Eyzema Şəhidlər xiyabanını ziyarət edib.

“Səfir diplomatik missiyanın nümayəndələri ilə birlikdə Azərbaycanın müstəqilliyi uğrunda şəhid olanların xatirəsini ehtiramla yad etmək üçün Şəhidlər xiyabanını ziyarət edib”, - səfirliyin “X” sosial şəbəkəsində yaydığı məlumatda deyilir.