Baş nazir və spiker Şəhidlər xiyabanını ziyarət edib

20 Yanvar 2025 09:23 (UTC+04:00)

Azərbaycanın Baş naziri Əli Əsədov və Milli Məclisin sədri Sahibə Qafarova 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib. SİA xəbər verir ki, onlar faciə qurbanlarını yad edib, şəhidlərin məzarları üstünə qərənfillər düzüblər.