İsrail HƏMAS hərəkatı ilə Qəzza zolağında saxlanılan girovların azad edilməsi və atəşkəs rejiminin tətbiqi ilə bağlı razılaşma çərçivəsində 90 fələstinli məhbusu azadlığa buraxıb. SİA xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.
İsrail Həbsxanalar İdarəsinin məlumatına görə, fələstinli məhbuslar yanvarın 19-da azad edilmiş üç israilli girov müqabilində sərbəst buraxılıb.
İsrailin Baş naziri Binyamin Netanyahunun ofisi daha əvvəl girovların azad edilməsi faktını təsdiqləyib. Qəzza zolağında 470 gün saxlanılan qadınların adları Romi Qonen (24 yaş), Emili Damari (28 yaş) və Doron Steynbrexerdir (31 yaş).
Onları İsrail hərbçiləri qarşılayıb və onların müşayiəti ilə İsrail ərazisinə gətirilib.