Daşkənddən havaya qalxan "RWZ1512" sərnişin təyyarəsi Kazan Beynəlxalq Hava Limanına enə bilməyib. SİA xəbər verir ki, bu barədə Flightradar24 portalında yerləşdirilən məlumatda deyilir.
Təyyarə eniş nöqtəsindən təxminən 80 kilometr aralıda dönüb.
Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi Artem Korenyako bildirib ki, Kazan hava limanında təyyarələrin qəbulu və buraxılmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
O vurğulayıb ki, hava limanının fəaliyyətinə məhdudiyyətlər mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün tətbiq edilib.
"SHOT" "Telegram" kanalı Ukrayna Silahlı Qüvvələrinin Kazana hücum etmək üçün “Lyutı” tipli pilotsuz uçuş aparatından istifadə etdiyini bildirib. Yerli sakinlərin sözlərinə görə, PUA saat 4:30 radələrində şəhərin rayonlarından birinin üzərindən uçub.