Çin yeni gizli silahın son sınaqlarını keçirdi

20 Yanvar 2025 06:40 (UTC+04:00)

Çində “hava-hava” sinfinə aid gizli hipersəs raketinin son sınaqları keçirilib. SİA xəbər verir ki, bu barədə “The South China Morning Post” (SCMP) qəzeti sınaqçılara istinadən yazıb.

Alimlər bildiriblər ki, raketlər Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) Hərbi Hava Qüvvələrinin sərt xarakteristika tələblərinə uyğun olmaq üçün termiki davamlılıq üzrə ekstremal sınaqlardan keçib.

“Bu, hazırda uçuş sınaqlarından keçən B-21 görünməz bombardmançı təyyarəsi də daxil olmaqla, Amerika hərbi təyyarələri üçün görünməmiş təhlükə yarada biləcək bu sirli silahın mövcudluğunun ilk rəsmi təsdiqidir”, – nəşrdə qeyd olunub.

Xatırladaq ki, 2024-cü ilin sentyabrın sonunda ABŞ altıncı nəsil B-21 Raider strateji görünməz bombardmançı təyyarələrinin müntəzəm sınaq uçuşlarına başladığını açıqlamışdı.