ABŞ 2024-cü ildə Almaniyanın ən mühüm ticarət tərəfdaşı olub. SİA “Spiegel” qəzetinə istinadla xəbər verir ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 255 milyard avroya çatıb. Almaniya 2016-cı ildən bəri ilk dəfə olaraq Çin ilə müqayisədə ABŞ-la daha çox ticarət dövriyyəsi həyata keçirib.
Almaniyanın ikinci ən böyük ticarət tərəfdaşı olan Çin ilə qarşılıqlı ticarət dövriyyəsi ötən il 247 milyard avro təşkil edib. Bu göstərici üzrə sonrakı yerlərdə Niderland, Fransa və Polşa gəlir.
Qeyd edək ki, Almaniyanın Çin ilə ticarət dövriyyəsi 2022-ci ildə təxminən 300 milyard avro təşkil edib. Xüsusilə bu ölkədən Çinə ixracat ötən il 6,4 faiz azalıb. Ümumilikdə isə Almaniyanın xarici ticarət dövriyyəsində 2024-cü ildə 2 faiz azalma qeydə alınıb. Buna əsasən avtomobillərin, avtomobil hissələrinin və digər nəqliyyat vasitələrinin Çinə ixracının aşağı düşməsi səbəb olub. Buna görə də alman şirkətləri Çinə alternativ bazarlar axtarışındadır. Belə ölkələrdən biri də Vyetnamdır. Ötən il Almaniya ilə Vyetnam arasında ticarət dövriyyəsi 11 faizdən çox artıb.