Misli Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib.
SİA xəbər verir ki, “Neftçi” doğma meydanda “Sabah”ı qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Meydan sahiblərinin heyətində 78-ci dəqiqədə Azər Salahlı avtoqol müəllifi olub. Cəmi 1 dəqiqədə sonra isə Andrey Ştoqrin hesabı bərabərləşdirib.
Bu nəticədən sonra xallarının sayını 18-ə çatdıran “Neftçi” yeddinci yerə yüksəlib, “Sabah” isə 27 xalla beşinci sırada qərarlaşıb.
Qeyd edək ki, turun daha əvvəl keçirilən matçlarında “Qarabağ” “Şamaxı”ya 3:2, “Zirə” “Araz-Naxçıvan”a 1:0, “Səbail” “Sumqayıt”a 2:0, “Kəpəz” isə “Turan Tovuz”a 5:2 hesabı ilə qalib gəlib.