Sandu Rusiya qarşısında şərt qoydu

19 Yanvar 2025 21:25 (UTC+04:00)

...Moldova Rusiya sülhməramlılarının BMT və ya Aİ-nin mülki missiyası ilə əvəzlənəcəyi təqdirdə Dnestryanı Respublikasına enerji böhranından çıxmaq üçün Qərbdən kömək istəyəcək.

SİA-nın məlumatına görə, bu şərti Moldova Prezidenti Maia Sandu səsləndirib.

Hazırda Dnestryanı Rusiya qazının Ukrayna ərazisindən tranzitinin dayandırılması səbəbindən enerji böhranı yaşayır. Bazar günü Sandu Tiraspola mümkün yardımı şərh edib.

...Biz donorların dəstəyi ilə bunu qeyd etmək çox vacibdir, sol sahilə maliyyə yardımı göstərməyə hazırıq, lakin bu, Rusiya ordusu sol sahili tərk edəndə və sülhməramlı missiyanı mülki missiya ilə əvəz edəndə baş verə bilər. Özü də BMT və ya Aİ-nin himayəsi altında.

Bunu Sandu bildirib.

O, Dnestryanı münaqişənin həllində “beynəlxalq dəstəyin vacibliyini” qeyd edərək, mövcud vəziyyətin mürəkkəbliyinə işarə edib.

Rusiya sülhməramlıları Dnestryanı əraziyə 1992-ci ildə Moldova ilə Dnestryanı problemin sülh yolu ilə həllinə dair saziş imzalandıqdan sonra daxil edilib.

Tiraspol bölgədə sülh və sabitliyi təmin etdiklərinə işarə edərək, sülhməramlıların geri çəkilməsinin əleyhinədir.

Əli Babayev