Fələstinin radikal HƏMAS hərəkatının liderləri ümid edirlər ki, Rusiya Qəzza zolağında asayişin bərpasına kömək edəcək. SİA-nın məlumatına görə, RİA Novosti bu barədə HƏMAS rəhbərliyinin üzvü Sami Əbu Zuhriyə istinadən xəbər verir.
...Biz ümid edirik ki, Rusiya rəhbərliyi Qəzzanın yenidən qurulması prosesində mühüm rol oynayacaq və bu ərazini Qərb tərəflərinin ixtiyarına buraxmayacaq.
Bunu hərəkat nümayəndəsi qeyd edib.
Sami Əbu Zuhrinin fikrincə, Rusiya bu mərhələdə Qəzza və ümumilikdə Fələstindəki vəziyyətlə bağlı fundamental rol oynayacaq. O qeyd edib ki, Rusiyanın bu proseslərə qoşulması regionda güc balansı yaradacaq.
Əbu Zuhri belə qənaətə gəlib ki, HƏMAS Rusiyanın ümumilikdə və xüsusilə də müharibə zamanı mövqeyini yüksək qiymətləndirir.
...Yanvarın 19-da ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolz bildirib ki, HƏMAS Qəzzada atəşkəs razılaşmasından imtina edərsə, hərəkat bölgəyə nəzarəti itirəcək.
Uolz həmçinin xatırladıb ki, Tramp açıq şəkildə İsrailin baş naziri Binyamin Netanyahunu dəstəkləyib.
Əli Babayev