Çin məxfi raketin son sınağını keçirib

19 Yanvar 2025 21:04 (UTC+04:00)

...Çin yeni, gizli, hipersəsli hava-hava raketinin son sınaqlarını başa çatdırıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə “South China Morning Post” (SCMP) testerlərə istinadən xəbər verir.

...Bu, Amerika hərbi təyyarələri, o cümlədən B-21 gizli bombardmançı təyyarəsi üçün görünməmiş təhlükə yarada biləcək sirli silahın mövcudluğunun ilk rəsmi təsdiqidir.

Bu, məlumatda bildirilir.

Alimlər həmçinin bildiriblər ki, sınaqdan keçirilən raketlər Xalq Azadlıq Ordusu Hərbi Hava Qüvvələrinin performans tələblərinə cavab vermək üçün istiliyə davamlılıq testlərindən keçib.

Bundan əvvəl ABŞ Hərbi Hava Qüvvələri Departamenti potensial düşmənin 1000 mil (təxminən 1600 kilometr) mənzilli zenit raketləri əldə edəcəyini proqnozlaşdırmışdı. Departamentin hesabatında deyilir ki, Hərbi Hava Qüvvələri 2050-ci ilə qədər yeni nəsil hava hücumundan müdafiə raketləri ilə qarşılaşa bilər.

Əli Babayev