Üç israilli girov Romi Gonen, Emili Damari və Doron Steinbrexer, HƏMAS terrorçuları tərəfindən Qırmızı Xaç işçilərinə təhvil verilib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə “Detali” bildirib.
Qadınlar 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumu zamanı girov götürülüb, nəticədə 1200 nəfər həlak olub, 251 nəfər qaçırılıb.
Gonin 7 oktyabr 2023-cü ildə Nova Festivalından qaçırılıb, Damari və Steinbrexer isə Kibbutz Kfar Azadakı evlərindən qaçırılıblar.
Girovların azad edilməsi müqabilində İsrail 90 fələstinli məhbusu həbsdən azad etməlidir.
Əli Babayev