Nigeriyada baş verən qəzada 77 nəfər həyatını itirib

19 Yanvar 2025 19:45 (UTC+04:00)
Nigeriyanın şimalındakı Niger əyalətində yanacaq daşıyan tankerinin partlaması nəticəsində həyatını itirənlərin sayı 77-yə yüksəlib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Dikko-Maje avtomobil yolunda baş verən partlayış nəticəsində 77 nəfər həyatını itirib. Hadisədə 25 nəfər yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanalarda müalicə altına alınıb.

Qeyd edək ki, Niger vilayətinə bağlı Dikko-Maje avtomobil yolunda dünən yüklü tanker yüksək sürət səbəbindən idarəetməni itirərək aşıb. Yerli əhali aşan tankerdən yanacağı boşaltmağa çalışdığı zaman partlamış və çox sayda insan yanaraq həyatını itirmişdi.