Roqozin Putini yalan danışmaqda ittiham edib

19 Yanvar 2025 18:55 (UTC+04:00)

...Dmitri Roqozin əslində Putini yalan danışmaqda günahlandırıb və bildirib ki, cəbhədə Rusiya ordusu hər şeyin tam çatışmazlığı ilə üzləşir.

...Orduda hər şey var deyənlər isə sadəcə olaraq yalançılardır. ...Bəli, mən də arxadakılara müraciət etmək istədim: yalançılara və televiziya şamanlarına inanmayın ki, bizim cəbhədəki oğlanların heç nəyə ehtiyacı yoxdur. Bəzi məmurlar bunu müxtəlif səbəblərdən özlərini yanğından qorumaq üçün edirlər. Amma əslində hazırda döyüşçülərin hər şeyə ehtiyacı var.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Roqozin yazıb.

Xatırladaq ki, Putin hələ 2023-cü ildə Rusiya ordusunda “hər şeyə sahib olduğunu” bəyan etmişdi.

Onun ardınca bu tezisi daha sonra digər rəsmilər və təbliğatçılar təkrarladılar.

Əli Babayev