Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi “Bayraktar Kızılelma”nın istehsal prototipi daha bir uçuş testini uğurla tamamladı.
SİA-nın məlumatına görə, “Baykar” tərəfindən milli və orijinal olaraq hazırlanmış “Bayraktar Kızılelma”nın inkişaf prosesi planlaşdırılmış test cədvəlinə uyğun davam edir. “Bayraktar Kızılelma PT-3” Tekirdağın Çorlu rayonunda həyata keçirilən bir uçuş testini daha uğurla başa vurdu. Test zamanı həyata keçirilən sistem identifikasiyası fəaliyyəti də uğurla tamamlandı.
Təyyarənin inkişaf fəaliyyəti çərçivəsində ilk prototiplərdən əldə olunan təcrübələr sayəsində istehsal prototipində mühüm dəyişikliklər aparıldı. Struktur təkmilləşdirmələrlə yanaşı, avionika arxitekturasında da yeniliklər həyata keçirildi.
“Bayraktar Kızılelma” aerodinamik təkmilləşdirmələr sayəsində yüksək sürətlə daha yaxşı manevr edə biləcək və sahib olduğu AESA radarı ilə qazandığı yüksək vəziyyət fərqindəliyi sayəsində ən çətin tapşırıqları yerinə yetirə biləcək.